HİMARS-lar Melitopolu vurub: 100-dən çox ölü var 
    
                          
     
                         08.08.2022
 
    
                        Ukrayna Silahlı Qüvvələri HİMARS sistemləri ilə Melitopolda rusların hərbi birləşmələrinin olduğu sənaye obyektlərinə zərbələr endirib.
"DM" xəbər verir ki, bu barədə Melitopol meri İvan Fyodorov məlumat verib.
"Bu gecə yüksək dəqiqlikli HİMARS raketləri Melitopol şəhərinin sənaye obyektlərində yerləşən işğalçı qüvvələrin bazalarına zərbələr endirib. Düşmənin xeyli sayda hərbi texnikası və 100-dən çox canlı qüvvəsi məhv edilib”, - Fyodorov bildirib.