Çavuşoğlu Ermənistana xəbərdarlıq edib  
    
                          
     
                         08.08.2022
 
    
                         Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik.
"DM" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə səfirlərinin 13-cü konfransının açılışında deyib.
"Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. İndi Ermənistana xatırladırıq ki, təxribatları davam etdirməsin”, - XİN başçısı vurğulayıb.