03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İslamiada: Azərbaycanın futbol millisi mübarizəyə start verir

08.08.2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 4-cü gününə start verilir.

"DM”-nın məlumatına görə, 8 idmançı və Azərbaycanın 2 milli komandası mübarizə aparacaq.

Mübarizəyə qoşulanlar arasında 2019-cu ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının futbol üzrə qalibi Azərbaycan yığması da var. Samir Əliyevin baş məşqçisi olduğu komanda Səudiyyə Ərəbistanı ilə matçda debüt edəcək.

Velosiped (trek)

11:00. Omnium – Kişilər (10 km), qadınlar (7,5 km): Əmral Əbdüləzizli, Elgün Əlizadə, Ayan Xankişiyeva, Viktoriya Sidorenko;

Atletika

16:00. 100 metr məsafəyə qaçış (təsnifat): Əlhəm Nağıyev;

17:20. Uzunluğa tullanma (təsnifat): Yekaterina Sarıyeva;

17:45. Çəkicatma (final): Anna Skidan;

Voleybol

17:00. Qadınlar (B qrupu): Seneqal – Azərbaycan;

Futbol

18:00. Kişilər (B qrupu): Səudiyyə Ərəbistanı – Azərbaycan;

Paraüzgüçülük

19:00. 200 metr məsafəyə sərbəst üsulla üzmə (final): Könül Süleymanova (S4).