09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Zorba” Türkiyə sahillərinə yaxınlaşır

01.10.2018

Yunanıstanda tüğyan edən dəhşətli "Zorba" qasırğasının artıq Türkiyə sahillərinə yaxınlaşdığı qeyd edilir. İzmir, Aydan və Muğla sakinlərinə yaxınlaşan qasırğa ilə bağlı xəbərdarlıq edilib.
İzmir və Quşadasında gəmilərin hərəkəti bunula əlaqədar olaraq dayandırılıb.
Xatırladaq ki, Yunanıstanda qasırğa ciddi fəsadlara yol açıb. Ən böyük ziyan isə Peloponnes yarmadasına dəyib. Güclü külək və yağışla müşaiyət olunan qasırğa nəticəsində çaylar məcrasından çıxıb, Arqos və Nafplio şəhərlərində küçələr su altında qalıb.
Hətta Peloponnes qubernatoru Petros Tatulis ölkə hakimiyyətinə yarımadada fövqəladə vəziyyət elan edilməsi ilə müraciət etməyi qərara alıb.