29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə Baş Qərargah rəisinin vəzifə müddəti uzadılıb

04.08.2022

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin vəzifə müddəti bir il uzadılıb.

"DM” "Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şurada qərar verib.

Bildirilib ki, 16 general və admirala rütbəsi artırılıb, 47 polkovnikə isə general və admiral rütbəsi verilib.

Donanma komandanı ordu admiralı Ercüment Tatlıoğlu Dəniz Qüvvələri komandanı, Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Attila Gülan Hava Qüvvələrin komandanı təyin olunub.

Bundan başqa, Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüztəqaüdə göndərilib.