29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda minik avtomobili avtobusla toqquşşub

04.08.2022

Bu gün saat 14:00 radələrində Bakının Hövsan şosesində (Qum Adası istiqamətində) 132 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-079 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Daşıyıcı şirkət Kral-Transport MMC-dən verilən ilkin məlumata əsasən, "Mersedes" markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur.

"Son vaxtlar bu cür yol nəqliyyat hadisələrinin tez-tez baş verməsi müntəzəm sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Hər bir hadisədən sonra avtobuslar uzun müddətli təmirə dayanmaqla xidmətdən kənarda qalır. Bunu nəzərə alaraq qurum bir daha sürücülərdən xahiş edir ki, yol hərəkəti qaydalarına riayət etsinlər, dayanacaq məntəqəsindən çıxan, yolayrıcından hərəkətə başlayan avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar", - deyə BNA bəyan edub.