06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib

04.08.2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki gərginliyə münasibət bildirib.

"DM” TASS-a istinadən xəbər verir ki, o, regiondakı gərginlikdən narahat olduğunu deyib.

"Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - S.Lavrov söyləyib.

Rusiya XİN-dən isə bildirilib ki, ölkənin ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.