11 08 2022-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
10/08/2022
09/08/2022

Peskov: "Rəsmi Moskva tərəfləri təmkinli olmağa çağırır"

04.08.2022

"Rəsmi Moskva Cənubi Qafqaz regionunda vəziyyətin kəskinləşməsi ilə bağlı son hadisələrdən narahatdır və tərəfləri təmkinli olmağa çağırır".

"DM” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmtri Peskov bildirib.

"Biz vəziyyəti diqqətlə müşahidə edirik. Biz təbii ki, vəziyyətin kəskinləşməsi ilə bağlı narahatıq və tərəfləri təmkinli olmağa və ən əsası üçtərəfli sənədlərin müddəalarının yerinə yetirilməsinə çağırırıq”, - o deyib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında müxtəlif səviyyələrdə mövcud olan sıx əlaqələr rəsmi İrəvanın rusiyalı sülhməramlılarının fəaliyyəti ilə bağlı suallarına aydınlıq gətirməyə imkan verəcək: "Üçtərəfli sənədlərə istinadən olunmalıdır. Əsas məsələ tərəflərin bu sənədlərlə üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməkdir. Əgər hansısa suallar varsa, onlara təbii ki, cavab verilməlidir”.

Peskov həmçinin vurğulayıb ki, yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığı planlaşdırılmasa da, ehtiyac olarsa baş tuta bilər.

Xatırladaq ki, Ermənistan hökumətinin bu gün keçirilən iclasında Baş nazir Nikol Paşinyan Qarabağda cərəyan edən son hadisələrin rusiyalı sülhməramlılar ilə bağlı bir sıra suallar yaratdığını deyib.