08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Korrupsiyada ittiham olunanlara edam hökmü verildi

01.10.2018

İran İslam Respublikasında korrupsiyada ittiham olunan 3 nəfərə məhkəmə edam hökmü çıxarıb.
İran məhkəmə sisteminin rəsmi nümayəndəsi Qulamhüseyn Möhsün Əncaninin sözlərinə görə, banklarda aparılan yoxlamalar zamanı qanun pozuntuları, rüşvətxorluq və korrupsiya halları aşkar edilib. Bununla əlaqədar olaraq 35 nəfər məsuliyyətə cəlb olunub.
Məhkəmə araşdırması zamanı onların təqsiri sübut edilib. Məhkəmə həbs olunan 35 nəfərdən 32-ni 20 il müddətinə azadlıqdan məhrum edib, 3 nəfərə isə edam hökmü verib. Məhkəmənin bu qərarını İran İslam Respublikasının Ali Məhkəməsi təsdiq etməlidir. Azadlıqdan məhrum edilənlər və edam hökmünə məruz qalanlar 10 gün müddətinə Ali Məhkəməyə apelyasiya şikayəti verə bilərlər.