08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AÇIQLAMA: Qaynar çay xərçəngə aparır

06.02.2018

Dövran Media RİA Novosti-yə istinadən bildirir. Bir qrup çinli alimlər belə
qənaətə gəliblər ki, eyni vaxta siqaret çəkmək, spirtli içki və isti çay içmək qida
borusu xərçənginin yaranma riskini artırır. Onların tədqiqat işi "Annals of Internal
Medicine” jurnalında dərc olunmuşdur.
Həkimlər doqquz il ərzində 79 yaşdan 30 yaşadək 456 min nəfərin qida vərdişləri
və sağlamlıq vəziyyətini öyrənərək təcrübə aparıblar. Bu müddət ərzində onlardan
1731-ində qida borusu xərçəngi aşkarlanıb.
Alimlər müəyyənləşdiriblər ki, belə onkologiya mütəmadı qaynar çay içənlərdə və
hər gün ən azı 15 qram alkoqol istifadə edən pasiyentlərdə olub. Eyni zamanda,
qida borusu xərçəngi isti maye içənlərdə və siqaret həvəskarlarında iki dəfə daha
çox qeydə alınıb.
Tədqiqat müəllifləri hesab edirlər ki, 65 dərəcədən yüksək temperaturlu maye
daxili orqanlara termik zədə vurur ki, bu da xərcəng xəstəliyinin yaranma
ehtimalını artıra bilər. Onlar insanları həddən artıq isti içkilərə, xüsusilə eyni
vaxtda tütünün və alkoqolun istifadəsinə ehtiyatla yanaşmağı tövsiyə edirlər.
Əvvəllər də Ümumdünya Səhiyyə Təşkilatı spirtli içkilərin istifadəsinin yeddi növ
xərçəng xəstəliyinə səbəb olması haqqqında məruzə ediblər: Bağırsağın (yoğun və
düz bağırsağın) xərçəngi, süd vəzi xərçəngi, qaraciyər, ağız boşluğu, boğaz və qida
borusu, qırtlaq xərçəngidir.
DM