30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna sülhməramlılarını Kosovadan çıxarır

03.08.2022

Ukrayna Kosovada sülhməramlı missiyada iştirak edən hərbçilərini geri çəkməyə qərar verib. Söhbət KFOR - NATO-nun rəhbərliyi altında Kosovada fəaliyyət göstərən beynəlxalq sülhməramlı qüvvələrdən gedir.

"DM" xəbər verir ki, bu barədə Ukrayna ordusunun Birləşmiş Qüvvələri komandanlığı məlumat yayıb.

"Bu gün Kosovada Ukrayna Silahlı Qüvvələrinin 40 hərbçidən ibarət milli kontingenti var. Hazırda hərbçilərin Ukraynaya qaytarılması üçün tədbirlər görülür. Buna səbəb prezidentin "Sülhün və təhlükəsizliyin qorunması məqsədilə beynəlxalq əməliyyatlarda iştirak edən milli kontingentin və milli heyətin geri çağırılması haqqında” sərəncamıdır. Milli kontingentin geri qaytarılması onun KFOR missiyasında iştirakının müvəqqəti dayandırılması deməkdir”, - məlumatda deyilir.