30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Zəngəzurda festival keçirəcək

03.08.2022

Avqustun 10 və 11-də Zəngəzurda Ermənistan-İran mədəniyyət və kulinariya festivalı keçiriləcək.

"DM" xəbər verir ki, bunu Ermənistan Turizm Federasiyasının rəhbəri Mexak Apresyan deyib.

Onun sözlərinə görə, festival "Turizmin inkişafına yardım” proqramı çərçivəsində keçiriləcək:

"Dəstəyi həmçinin Turizm Komitəsi, Zəngəzur vilayətinin administrasiyası, eləcə də Qarakilsə icması verəcək. İranın Ermənistandakı səfirliyi və İslam Respublikasının digər məsul idarələri də fəal iştirak edəcəklər. Festival iki ölkənin yeni post-COVİD reallıqlarında mövqelərini gücləndirmək məqsədi daşıyır. Biz yeni mövqelər tutmalıyıq, genişlənməliyik. Bu proseslərdə daha rəqabətli mövqedən iştirak etməliyik”.