30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Abramyan: Erməni hərbçilər Qarabağdan təcili tərxis olunur

03.08.2022

Ermənistandan hərbi xidmətə çağırılan və Azərbaycanın hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində yerləşdirilmiş erməni hərbçilər təcili tərxis olunurlar.

"DM" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə erməni deputat Tiqran Abramyan özünün Feysbuk səhifəsində məlumat verib.

O, Ermənistandan Qarabağa hərbi çağırışın sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirildiyini xatırladıb və bildirib ki, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışından Ermənistandan Qarabağa çağırışçılar göndərilmir.

"İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan əsgərlərin Qarabağdakı son dəstələri buranı 2022-ci ilin avqustunda tərk etməli olmasına baxmayaraq, Azərbaycanın tələbi ilə tərxisetmə, deyəsən, vaxtından əvvəl həyata keçirilib”, - deyə deputat yazıb.