Türkiyədə inflyasiya son 20 ilin rekordunu qırıb  
    
                          
     
                         03.08.2022
 
    
                        Bu ilin iyul ayında Türkiyədə istehlak qiymətləri indeksində dəyişiklik əvvəlki ayla müqayisədə 2,37%, əvvəlki ilin eyni ayına görə isə 79,6% təşkil edib.
"DM” Türkiyə mətbuatına istinadən xəbər verir ki, illik inflyasiya son 20 ilin ən yüksək səviyyəsinə çatıb.