29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu silahlar verilsəydi, indi Vladivostokda olardıq

03.08.2022

Rusiyanın genişmiqyaslı işğalının altıncı ayında Ukrayna Silahlı Qüvvələrində ağır silahlar yoxdur.

"DM" xəbər verir ki, bunu Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Müdafiə qüvvələri təqribən 1300 km-lik cəbhə xətti ilə müharibə aparmalıdır və ümumilikdə 2600 km-dən çox sərhəd qorunmalıdır. Tam və effektiv hücum üçün bizim kifayət qədər ağır texnikamız yoxdur. Siz başa düşməlisiniz ki, bu, yerli müharibə deyil - bu, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir. Və bu qədər silahla öhdəsindən gələ bilmərik. Əgər Qərbi Avropanın hər bir ölkəsi Ukraynanı Polşa kimi qətiyyətlə dəstəkləsəydi, o zaman biz artıq Vladivostokda olardıq”, - o bildirib.