29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda bank sektoru ilə bağlı iki qayda yenilənib

03.08.2022

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklar haqqında” qanunun 34.2.12-ci maddəsinə və "Mərkəzi Bank haqqında” qanunun 22.0.17-ci maddəsinə əsasən "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nı təsdiq edib.

"DM" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov qərar imzalayıb.

Qərara əsasən, "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 16 noyabr 2018-ci il tarixli qərarı ləğv edilib.

Bundan başqa, AMB İH "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nı təsdiq edib. Bununla da, MBNP-nin "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” 16 noyabr 2018-ci il tarixli qərarı və 18 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin Qaydalarda təsdiq edilmiş dəyişiklik ləğv edilib.