29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ruslar Ermənistandakı poliqonlarda təlim keçir

02.08.2022

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçuları "Alagöz” yüksək dağlıq poliqonunda təlimlərə başlayıblar.

"DM" xəbər verir ki, bu barədə Cənub Hərb Dairəsi məlumat yayıb.

"Mütəxəssislər tərəfindən avadanlıqlar vasitəsilə videorabitə idarəetmə məntəqələri, kommutasiya avadanlıqlarının və ən son nəsil rabitə vasitələrinin istismarı yoxlanılacaq.

Həmçinin hərbi qulluqçulara bütün növ rabitə vasitələrinin müdaxilədən mühafizəsi, məntəqələr arasında əlaqənin etibarlılıq və fasiləsiz işləməsini təmin etmək tapşırılacaq”, - məlumatda qeyd olunub.

Təlimlərdə ümumilikdə Cənub Hərb Dairəsinin 100-dən çox hərbçisi iştirak edir, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.