09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Sel Türkiyənin bu vilayətlərini iflic etdi

30.09.2018

Güclü sel və daşqınlar Türkiyənin Sakariya və Kocaeli vilayətlərində böyük problemlər yaradıb. İctimai nəqliyyat iflic vəziyyətinə düşüb.
"Dövran Media" xəbər verir ki, sentyabrın 29-da səhər saatlarından başlayan güclü yağış hər iki vilayətdə dövlətə və əhalinin mülkiyyətinə xeyli zərər vurub. Şəhər təsərrüfatının idarə olunmasında böyük problemlər yaranıb. Su təchizatında çətinliklər yaranıb. Tunel və keçidlər sel altında qalıb. Çox sayda minik maşını idarəolunmaz hala düşüb.
Yaşayış binalarının birinci mərtəbəsini və dükanları su basıb. Təcili tədbirlər görülməsi üçün təbii fəlakət zonasına əlavə qüvvələr cəlb olunub.