29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Tayvanın şərqinə 4 hərbi gəmi yerləşdirib

02.08.2022

ABŞ Tayvanın şərqinə biri təyyarədaşıyan olmaqla 4 hərbi gəmi yerləşdirib.

"DM"-nın xəbərinə görə, bu barədə "Reuters"ə ABŞ hərbi dəniz donanmasının anonim rəsmisi bildirib. Qeyd olunub ki, ABŞ hərbi dəniz donanması Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya mümkün səfəri öncəsi atılan bu addımı sıradan yerləşdirmə kimi izah edib.

Məlumata görə, Ronald Reyqan təyyarədaşıyan gəmisi Cənubi Çin dənizinə göndərilib və hazırda Tayvanın şərqində, Filippin dənizindədir. Gəminin idarəolunan raketlər daşıyan "USS Antietam” və "USS Higgins” gəmiləri ilə birgə fəaliyyət göstərdiyi bildirilib.

Anonim rəsmi gəmilərin dəqiq lokasiyalarını açıqlamayıb. Lakin "USS Tripoli” amfibiya hücumu gəmisinin də həmin bölgədə olduğunu bildirib.

Qeyd edək ki, Nensi Pelosinin Taybeyə ABŞ-Çin gərginliyi fonunda bu gün səfər etməsi gözlənilir.