29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Medvedyev Qazaxıstanı hədələməsini təkzib edib

02.08.2022

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Vkontakte səhifəsində dərc etdiyi sonuncu yazı Hərbi Dəniz Qüvvələri ilə bağlı olub, lakin səhifə sındırılıb, başqa yazı dərc olunub.

"DM" xəbər verir ki, bunu Medvedyevin köməkçisi Oleq Osipov deyib.

Onun sözlərinə görə, sosial şəbəkə administrasiyası bununla məşğul olacaq.

Qeyd edək ki, dünən axşam Dmitri Medvedyevin Vkontakte səhifəsində Qazaxıstan və digər ölkələri təhdid edən yazı paylaşılmışdı. Yazı bir müddət sonra silinsə də, mətbuat orqanları və sosial şəbəkə səhifələri skrin-şotları paylaşıb.