04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden: Rusiya ilə bunu müzakirə etməyə hazırıq

01.08.2022

ABŞ Rusiya ilə nüvə də daxil olmaqla yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır.

"DM" xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

"Bu gün mənim administrasiyam 2026-cı ildə başa çatan START III-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara sürətlə keçməyə hazırdır. Lakin danışıqlar hərəkətə keçməyə hazır olan vicdanlı tərəfdaş tələb edir”, - Bayden bildirib.

O xatırladıb ki, hətta soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.