03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub

01.08.2022

Bakıda Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub.

"DM" Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Bakı Dəniz Vağzalı yaxınlığında qazaxıstanlı köçərilərin ənənəvi yaşayış məskəni qurulub.

2022-ci il avqustun 6-dan avqustun 31-dək alaçıqda "Welcome to KZ” turizm məlumat mərkəzi fəaliyyət göstərəcək. Bundan başqa, burada iki sərginin keçirilməsi planlaşdırılır. Onlardan biri daimi olacaq, digəri isə hər həftə dəyişdiriləcək.

Bu sərgilərdə Qazaxıstan haqqında müxtəlif stendlər təqdim olunacaq.