28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FETÖ ilə bağlılığı olan 2646 nəfər Türkiyə Müdafiə Nazirliyindən kənarlaşdırılıb

01.08.2022

Son bir il ərzində 2 min 646 FETÖ üzvü Türkiyə Milli Müdafiə Nazirliyi və onun strukturlarından kənarlaşdırılıb.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar "Anadolu” agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, 2016-cı il 15 iyul hadisələrindən bu günə qədər isə bu say 24 min 435 nəfərdir. Akarın sözlərinə görə, bu addımlar Türk Silahlı Qüvvələrini daha da gücləndirib: "Necə ki 2016-cı il 15 iyuldan həmən sonra "Fərat Qalxanı” əməliyyatlar silsiləmiz, təlimlərimiz, gərgin fəaliyyətlərimiz, Azərbaycan, Liviya nümunələri var”.