28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyaya gedən qazimiz komaya düşüb

01.08.2022

Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayonunun Qiyaməddinli kənd sakini Elşən Etibar oğlu Həsənova təcili yardım lazımdır.

Rusiyada yaşayan həmvətənlərimizin verdiyi məlumata görə, qazi Sankt-Peterburq vilayətinin Puşkin şəhərində yerləşən "Semaşko” adlı xəstəxanada yatır. Onun böyrəklərinin funksiyasını itirdiyi və komada olduğu bildirilir.

E.Həsənovun atası oğlunun komada olması xəbərini təsdiqləyib:

"İki qardaş ikisi də Rusiyaya qazanc məqsədi ilə gediblər. Oğlumun müharibədə aldığı zədə nəticəsində gözləri tutulmuşdu. Burada bir müddət müalicə aldı, lakin müalicənin keyfiyyəti olmadı. Mən özüm də Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Balama əlim çatmadığından ürəyim partlayır. Bir ata kimi hər kəsdən xahiş edirəm ki, mənim oğlumu sağ-salamat bizə təhvil verilməsinə yardım etsinlər. Mənə balamın quru nəfəsi bəs edir”, - ata deyib.

Məsələ ilə bağlı XİN-dən bildirildi ki, Puşkin şəhərində olan diasporumuzla əlaqə saxlanılacaq və qazimizə yardımla bağlı mütləq addım atılacaq.