04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sandu: Rusiya hücum etsə, Moldova Rumıniyadan kömək istəyəcək

29.07.2022

Ukraynadakı münaqişə Moldovaya sıçrayarsa və Rusiya ilə münasibətlər pisləşərsə, Kişinyov Buxarestdən kömək istəyəcək.

"DM" xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Rumıniya Prezidenti Klaus İohannis ilə görüşdən sonra mətbuat konfransında sualı cavablandırarkən deyib.

"Biz narahatıq. Ən pessimist ssenarilər barədə düşünürük. Buna uyğun olaraq bütün ssenarilərə hazırlaşırıq. Rusiyanın Moldova Respublikasına hücum etməyə çalışacağı halda, şübhəsiz ki, biz kömək istəyəcəyik”, - Moldova dövlət başçısı bildirib.

Klaus İohannis isə öz növbəsində bəyan edib ki, Rumıniya Moldova Respublikasına ən yaxın ölkədir: "Rusiyanın Ukraynaya qarşı apardığı bu uğursuz müharibənin hansı ssenari ilə bitməsindən asılı olmayaraq, sizi tək qoymarıq”.