29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cəbrayılda əlləri bağlı kişi meyiti tapılıb

29.07.2022

İyulun 20-də, saat 15 radələrində Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun, Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış "Qız Qalası” hidroqovşağında, təxminən, 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb.

Cəbrayıl Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyitin xarici zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdə bir hissəsində qara rəngdə üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanmış, əynində isə "XL” ölçüdə, ön hissəsində "Reebok” yazısı olan çəhrayı rəngli köynək vardır.

Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur.