29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“AMEA-da ixtisarlar labüddür”

29.07.2022

"AMEA-nın aparatını əvvəlki səviyyədə, Rəyasət Heyətinin strukturunu öncəki qaydada saxlamağa ehtiyac olmayacaq”.

"DM" xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün AMEA-nın Rəyasət Heyətində çalışan 400-ə yaxın əməkdaş var. Onların böyük qisminin institutların tabeçiliyi Elm və Təhsil Nazirliyinə verildiyi üçün artıq Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsi mənasızdır. Akademiyanın Rəyasət Heyətinin tərkibində qalan qurumlar və ümumi ölkədə elm sahəsinin idarə olunması istiqamətində olan öhdəlikləri bəlli bir səviyyədə kollektivin qalmasını tələb edir. Lakin hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində bu istiqamətdə ixtisarların olması labüddür”.