29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ben Uolles : "Britaniya Rusiya qazından asılı olmadığı üçün şanslıdır"

29.07.2022

Britaniya Rusiya qazından asılı olmadığı üçün şanslıdır.

"DM" xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles "Sky News Breakfast" proqramında artan enerji qiymətlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qida və enerji xərcləri məsələsində dünya bir-birinə bağlıdır və Ukrayna müharibəsi kimi hadisənin qlobal təsiri var.

"Biz Britaniyada çox şanslıyıq... Biz seçimi olmayan bir çox Avropa ölkəsi kimi Rusiya qazından asılı deyilik”, - britaniyalı nazir vurğulayıb.

Ben Uolles vurğulayıb ki, Ukraynanı müdafiə etmək, onun uğrunda döyüşməyi istəmək nəcib işdir.