29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lebedin illər öncə müharibə haqda dedikləri - Video

29.07.2022

Məşhur rusiyalı general Aleksandr Lebedin ölümündən əvvəl Rusiyanın NTV telekanalına, həmin dövrün məşhur jurnalistlərindən olan Yevgeni Kiselyova verdiyi müsahibəsi sosial şəbəkələrdə trendə çevrilib.

"DM" xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Lebedin həmin müsahibəsindəki fikirlərlə hazırkı Ukrayna müharibəsində baş verənləri müqayisə ediblər.

Lebed bildirir ki, müharibənin əleyhinədir:

"Əfqanıstanda xidmət etmişəm və orada özüm üçün 3 şey aşkarladım. Birincisi, bütün müharibələrin əvvəli dalan, sonu isə fəlakətdir. İkincisi, bütün, hətta yüz il davam edən müharibələr belə danışıqlar və sülhlə bitir. Bax, o zaman məndə sual yaranır: Ölülərdən dağ yaratmaq, dul, yetim, şikəst çoxaltmağa dəyərdimi? Onlarla əvvəlki nəslin əməyini havaya sovurun, sonra da oturub razılaşın. Bu sivilizasiyadankənar hissəni bəlkə götürüb ataq? Üçüncüsü də hər bir ana oğul dünyaya gətirir ki, qocalanda nəvəsi olsun. Fərqi yoxdur, Vanya olsun, Məhəmməd olsun, övladı onun üçün hamıdan yaxşıdır. Bu həyatın güllə və qəlpə ilə kəsilməsinə ehtiyac yoxdur”, - Lebed bildirib.

Qeyd edək ki, general-leytenant Aleksandr Lebed 2002-ci il aprelin 28-də helikopter qəzası zamanı həlak olub.