29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı müzakirə olunub

28.07.2022

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çərçivəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq uğurla inkişaf edir.

Bu fikirlər Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında İstanbulda baş tutmuş görüşdə səsləndirilib.

Nazirlər iki ölkənin çoxtərəfli formatlarda, xüsusən də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatında münasibətlərini xüsusilə vurğulayıblar.

Regionda baş verən proseslərə toxunan XİN başçıları Cənubi Qafqazda sabitlik və dayanıqlı inkişafın təminatı prosesində Gürcüstanın vacib rolunu vurğulayıblar. Bu kontekstdə M.Çavuşoğlu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə baş tutmuş ilk görüşünü alqışlayıb və Gürcüstanın bu proses, həmçinin bölgədə sülhün bərqərar olunmasında gələcəkdə də müsbət rol oynayacağına ümidvarlıq ifadə edib.