27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Senatı Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyan qətnamə qəbul edib

28.07.2022

ABŞ Senatı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada "saysız-hesabsız günahsız kişilərin, qadınların və uşaqların öldürülməsi” ilə nəticələnən fəaliyyətlərinə görə Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanınmasına çağırış edən qətnamə qəbul edib.

"DM"-nın "New York Times"a istinadən xəbərinə görə, qətnamədə ABŞ Dövlət katibi Entoni Blinkenə Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanımağa çağırış edilib.

Nəşrin məlumatına görə, oxşar qətnamə Nümayəndələr Palatasına da təqdim edilib. Spiker Nensi Pelosinin qətnamənin qəbul edilməsinə güclü dəstək verəcəyi gözlənilir.

Bununla belə, hər hansı bir dövlətin terrorizmi dəstəkləyən dövlət kimi tanınması səlahiyyəti Dövlət Departamentinə məxsusdur. Lakin, Senatın qətnaməni qəbul etməsi ilə Rusiyanı Kuba, Şimali Koreya, İran və Suriyanın da olduğu "Terrorizmi dəstəkləyən dövlətlər” siyahısına əlavə edərək Bayden administrasiyasını kifayət qədər təzyiq altında qoyduğu bildirilir.