27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran İsfahanda yeni nüvə reaktoru inşa edəcək

28.07.2022

Tehran bir neçə həftə ərzində İsfahan əyalətində yeni tədqiqat nüvə reaktorunun tikintisinə başlamağı planlaşdırır.

"DM" xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

"Biz bir neçə həftə ərzində İsfahanda tədqiqat reaktorunun tikintisinə rəsmən başlamağı planlaşdırırıq. Bu, İranda nüvə enerjisi istehsalının tədqiqat, qiymətləndirmə, sınaq və texniki xidmət zəncirini tamamlayacaq tamamilə yerli layihədir”, - M.İslami bildirib.

Qeyd olunur ki, hazırda İranda yeganə işləyən atom elektrik stansiyası Rusiya tərəfinin köməyi ilə tikilmiş Buşəhr AES-dir.