27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü zəlzələnin Filippinə vurduğu zərər hesablanıb - VİDEO

28.07.2022

Filippin hökuməti iyulun 27-də baş vermiş zəlzələnin ölkəyə vurduğu ilkin maddi zərəri hesablayıb.

Bu barədə Filippinin mülki müdafiə departamentinin rəisi Bernardo Alexandro məlumat verib.

"Təbii fəlakətin Filippinə vurduğu zərər 682,8 milyon dollar (1,160 milyard manat) dollar təşkil edir”, - deyə departamentinin rəisi vurğulayıb.

Xatırladaq ki, iyulun 27-də Luson adasında 7,3 bal gücündə zəlzələ baş verib.

Filippin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda zəlzələ nəticəsində altı nəfərin həyatını itirdiyi, 60 nəfərin isə müxtəlif xəsarətlər aldığı bildirilir.