03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Yaylaq Festivalına gedənlər xüsusi nəqliyyat vasitəsi ilə təmin ediləcək

28.07.2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Milli Yaylaq Festivalına gedənləri xüsusi nəqliyyat vasitəsi ilə təmin edəcək.

Bu barədə Festivalın təşkilatçıları məlumat verib.

Məlumatda deyilir ki, iyulun 29-31-də, saat 08:00-dan Gəncə şəhərindəki Mərkəzi Univermağın və Göygöl rayonundakı avtovağzalının qarşısından festivalın keçiriləcəyi "Xan Yaylağı” Etno-qəsəbəsinə doğru və geriya ictimai nəqliyyat hərəkət edəcək. Gediş haqqı 1 nəfər üçün 1,5 manat olacaq.

Təşkilatçılar Milli Yaylaq Festivalına fərdi qaydada öz avtomobilləri ilə gələnlərə də xəbərdarlıq edib. Belə ki, festival ərazisində avtomobil sıxlığının qarşısını almaq məqsədilə "Xan Yaylağı"na çatmamış böyük önləyici dayanacaq təşkil olunacaq. Buradan təqribən 700 metr məsafəni piyada getməklə əraziyə çatmaq mümkündür. Eyni zamanda həmin dayanacaqdan da kiçik avtobuslarla "Xan Yaylağı"na reyslər təşkil olunacaq. Gediş haqqı 1 nəfər üçün 0,5 manat olacaq.