09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Azərbaycanda 51 bağça direktoru işdən çıxarılıb

27.07.2022

"Bağçalarla bağlı proses bütün bölgələri əhatə edir. Monitorinqlər heç vaxt bitməyəcək”.

"DM" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, bu, dövri prosesdir: "Monitorinqlərin nəticəsinə uyğun olaraq 51 nəfər bağça direktoru artıq işdən azad olunub. Bizim müəyyən mənada bir neçə yüz adama da töhmət, xəbərdarlıq vermişik. Problemlər çoxdur, amma həlli mümkün olmayan problem də yoxdur.

Növbəti illərdə bizi gözləyən ciddi problem heyətin peşəkarlıq səviyyəsidir. Digər inzibati işlərə qəbul zamanı yol verilən nöqsanlar da aradan qaldırılacaq”.