03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Rusiya Xersonu tərk etməlidir, üçüncü xəbərdarlıq olmayacaq”

27.07.2022

Ukrayna Rusiya Silahlı Qüvvələrini Xersonu tərk etməyə çağırır.

"DM” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak tviterdə paylaşım edib.

"Əlbəttə, Antonovski körpüsünü Ukrayna raketlərini vuran Rusiya HHQ-nin vasitəsi adlandıra bilərsiniz, amma reallıqdan qaçmaq mümkün deyil: işğalçılar ya Xersonu tərk etməli, ya da Dnepri üzərək keçməyi öyrənməlidirlər. Üçüncü xəbərdarlıq olmayacaq”, - o yazıb.

Xatırladaq ki, iyulun 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Xersonda yerləşən Antonovski körpüsünə növbəti dəfə zərbə endirib. Bundan sonra Rusiya tərəfi körpü üzərində hərəkətin dayandırıldığını bəyan edib.