06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Bir şəxsin ikinci dəfə pulsuz ali təhsil alması hələlik mümkün deyil

27.07.2022

Təhsil naziri Emin Əmrullayev bir şəxsə ikinci, üçüncü dəfə pulsuz ali təhsil almaq imkanı verilməsi ilə bağlı məsələyə münasibət bildirib.

"DM" xəbər verir ki, nazir bu gün keçirilən brifinqdə deyib ki, bu, hələ mümkün deyil.

"Bizdə əhalinin böyük hissəsi bir dəfə ali təhsil ala bilmirsə, düşünmür ki, bir adama bunu 2-3 dəfə tanıyıb, o birinə tanımamaq, yaxud da hərəyə iki dəfə tanımaq düz olmaz. Dövlət başçısının bu sahəyə xüsusi qayğısı nəticəsində ali təhsilin dövlət tərəfindən maliyyələşməsinin payı əhəmiyyətli dərəcədə artır. Builki qəbulda 60% dövlət tərəfindən maliyyələşir. Ödənişli əsaslarla təhsil alanlar üçün təhsil tələbə krediti var”.