06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə olunub

27.07.2022

ABŞ ilə Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlığa və "Ştatla Tərəfdaşlıq Proqramı"na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini, general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.