29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan həqiqətlərini dünyaya çatdıran fotoqraf

26.07.2022

Bu gün Azərbaycan əsilli məşhur fransız fotoqraf Rza Deqatinin 70 yaşı tamam olur.

"DM" fotoqraf haqqında maraqlı məlumatları təqdim edir.

- Rza Deqati 1952-ci il iyulun 26-ı Təbrizdə doğulub.

- Həvəskar fotoqraf kimi 14 yaşında fəaliyyətə başlayan Rzanın ilk şəkilləri məktəb jurnalında yayımlanıb.

- 22 yaşında şah rejimi tərəfindən fəaliyyətinə görə 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalıb. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq peşəkar fotoqraflığa İran İnqilabını çəkməklə başlayıb.

- 1981-ci ildə İranda ona qarşı təzyiqlərə dözməyib Fransaya köçüb.

- Azərbaycana ilk səfəri 1987-ci ildə olub. O, XX əsrin sonunda Azərbaycanın başına gələn müsibətləri - 20 Yanvar hadisələrini, Xocalı soyqırımını, Birinci Qarabağ müharibəsini, həmçinin, İkinci Qarabağ müharibəsindəki bir çox anları qeydə alaraq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.

- Rza Deqati indiyə qədər dünyanın 115 ölkəsinə səyahət edərək 1 milyondan çox foto ərsəyə gətirib.

- Prezident İlham Əliyev tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı çoxillik səmərəli fəaliyyətinə görə o, 2022-ci ildə "Dostluq” ordeni ilə təltif edilib.