27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Babək prospekti BAĞLANIR

29.09.2018

Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məhdudlaşma sentyabr ayının 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.
Yarana biləcək müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.