29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bağırov 76 yaşlı generalı təqaüdə göndərib

26.07.2022

Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqaüdə göndərilib.

"DM" Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.