Sərdar Kılıç Ermənistanla sərhəddə  
    
                          
     
                         25.07.2022
 
    
                        Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Qarsın Akyak bölgəsində - Türkiyə-Ermənistan sərhədində olub.
"DM" xəbər verir ki, diplomat Ermənistanla sərhəddə yerləşən Akyaka rayonundakı "Doğuqapı" keçid məntəqəsinə baş çəkib.
O, sonra qədim Ani şəhərinin xarabalıqlarına baxıb. Kılıç Qarsda Hərbi Muzey və Pendir Muzeyini də ziyarət edib.
Türkiyənin xüsusi nümayəndəsi mətbuata qapalı bir sıra görüşlər keçirib.