05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki il əvvəl Hövsanda baş verən qətlin üstü açılıb

25.07.2022

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

"DM" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, 2020-ci il oktyabrın 11-də paytaxt sakini Rüstəm Bayramovun meyiti Suraxanı rayonu Hövsan qəsəbəsində asfalt yolun kənarında aşkar edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Sonradan cinayət işi Baş Prokurorluqda öyrənilərək iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib və istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən edilib ki, 2020-ci il oktyabr 10-u saat 22 radələrində Radiq Feyziyev, Tahir Ələkbərov və Rəşad Kərimovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Rüstəm Bayramovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və yerdən götürdükləri daş parçaları ilə zərbələr endirərək onu qəsdən öldürmələrinə əsaslı şübhələr var.

Toplanmış mötəbər sübutlar əsasında cari il iyulun 23-də hər 3 şəxsə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.