05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polis Bərdədə əməliyyat keçirib: saxlanılanlar var

25.07.2022

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və kultivasiyasında şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Anar Salmanov saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman İran sakinindən onlayn yolla əldə etdiyi 2 kiloqram 159 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa keçirilmiş digər əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Salmanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən saman 41 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.