05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada Beynəlxalq Media Forumunda ikinci panel keçirilib

22.07.2022

İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci panel keçirilib.

"DM" xəbər verir ki, müzakirə olunan əsas mövzular mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika olub.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu altında keçirilən ikinci paneldə çıxış edənlər Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Aleksandru Giboi, "Real” Təhlil İnfomasiya Mərkəzinin Baş direktoru Mirşahin Ağayev, "Anadolu” agentliyinin Baş direktorun müavini, baş redaktor Yusuf Özhan, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub