29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan XİN: “Azərbaycanla münasibətlər unikal xarakter daşıyır”

22.07.2022

"Gürcüstan və Azərbaycan arasında münasibətlər unikal xarakter daşıyır. Bizim tərəfdaşlığımız nümunəvidir”.

Bunu Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunan beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla bundan sonra da münasibətləri dərinləşdirməkdə maraqlıdır.

XİN rəsmisi qeyd edib ki, Gürcüstan regionda sülhün bərqərar olması üçün səylərini əsirgəmir: "Bölgədə sülhə alternativ yoxdur. Ümid edirik ki, regionumuz sülhün qarantı olacaq”.

L.Darsaliya Gürcüstanla Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, energetika, nəqliyyat sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə geniş şaxəli münasibətlərin olduğunu bildirib: "Bu münasibətlərin inkişafı davam etdirilməli, birgə səylərlə yeni perspektivlər müəyyənləşdirilməlidir. Son 30 ildə bizim ölkələr tərəfdaş və dost olmağın nə olduğunu göstərib. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək”.

Qeyd edək ki, "Gürcüstan-Azərbaycan: Əsrlərin sınağından keçmiş dostluq irsi” adlı konfrans Azərbaycanın Gürcüstandakı səfirliyi, Qafqaz Beynəlxalq Universiteti, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycan XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti, Gürcüstanın ictimai və elm xadimləri, tarixçilər, politoloqlar, yerli azərbaycanlı icmanın üzvləri iştirak edirlər.