29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya MN: Ukraynada 4 HIMARS raket sistemi məhv edilib

22.07.2022

Rusiya qüvvələri iyulun 5-dən 20-dək Ukraynada ABŞ-ın tədarük etdiyi 4 HIMARS raket sistemini məhv edib.

"DM"-nın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatında bildirilib.

"ABŞ istehsalı (HIMARS) yaylım atəş sistemi üçün 4 raket daşıyıcı və bir yükləyici texnika məhv edilib”, - Rusiya MN-in gündəlik brifinqində bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 4 əlavə HIMARS sisteminin göndəriləcəyini bəyan edib. Müdafiə naziri Lloyd Ostin Ukraynaya göndəriləcək yeni sistemlərin növbəti yardım paketinə daxil ediləcəyini açıqlayıb.