29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya səfiri Azərbaycan jurnalistlərini təbrik edib

22.07.2022

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.

"DM" xəbər verir ki, o, bu barədə "Twitter” səhifəsində yazıb.

"Bütün jurnalist dostlarımı Milli Mətbuat Günü ilə bağlı təbrik edirəm. Dünən biz görüşüb onların işi və gələcək planları haqqında maraqlı söhbət etdik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin rəhbərliyi altında "Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.