27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərpoçt” Dövlət Komitəsininin ittihamlarına cavab VERDİ

28.09.2018

"Dövlət Gömrük Komitəsinin rəsmisinin poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsinə dair verdiyi açıqlamasında "Azərpoçt” MMC-nin əməkdaşları və şöbələri ilə bağlı söylədikləri faktların araşdırılmamış məlumat olduğunu Komitənin rəsmi səhifəsində yayılan xəbərlə DGK  təsdiqlədi”.
"Dövran Media" xəbər verir ki, bu barədə "Azərpoçt”dan "Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir.
Məlumatda qeyd olunur ki, qurumun verdiyi təkzib göstərir ki, söylənən faktlar araşdırılmaqdadır, hələ heç bir nəticə yoxdur və "Azərpoçt” MMC-yə bu cür halların mövcudluğu ilə bağlı rəsmi müraciət olunmayıb.  
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etdiyini, xüsusilə "Azərpoçt”un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəldiklərini bildirmişdi.
DGK isə sonradan məsələ ilə bağlı açıqlama verərək hər bir fakt üzrə araşdırmalar aparıldığını qeyd etmişdi:
"Yalnız araşdırmaların sonunda qanunvericiliyin pozulması hallarına şərait yaradan gömrük orqanı əməkdaşları və ya digər aidiyyəti şəxslər müəyyən ediləcək və həmin şəxslər haqqında müvafiq tədbirlər görüləcək”.