II və III qruplar üzrə qəbul imtahanının nəticələri sabah elan olunacaq 
    
                          
     
                         21.07.2022
 
    
                        İyulun 6 və 7-də keçirilən II və III qruplar üzrə qəbul imtahanlarının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.
"DM" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sosial şəbəkə hesabından bildirilib.
Qeyd edilib ki, II və III qruplar üzrə qəbul imtahanının nəticələri sabah günün sonuna kimi elan olunacaq.